Xəzər Xəbər

Böyük Britaniya koronavirusun ikinci dalğasına hazırlaşır

Dünya | 21:41 • 24 İyun 2020
Böyük Britaniya koronavirusun ikinci dalğasına hazırlaşır

Böyük Britaniya koronavirusun ikinci dalğasına hazırlaşır.

Səhiyyə naziri Met Hankok mətbuat konfransında Britaniyada koronavirusun ikinci dalğası üçün hazırlıq işlərini təmin etməyə çalışdıqlarını bildirib. O qeyd edib ki, hazırkı göstəricilər Britaniyada ikinci dalğanın çox yaxın olduğunu göstərir. Bununla əlaqədar müvafiq qurumlara təcili tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Koronavirusla bağlı hər gün keçirilən, Baş Nazir Boris Consonun da iştirak etdiyi mətbuat konfransının bu gündən etibarən dayandırıldığı da qeyd olunub.

Xəbər lenti