Hüquq müdafiəçiləri ABŞ-da keçirilən etiraz aksiyaları zamanı polislərlə jurnalistlər arasında 320-dən çox insidentin yaşandığını bildiriblər.
Xezerxeber.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ondan artıq müstəqil jurnalist qrupunu birləşdirən qeyri-kommersiya təşkilatı "Press Freedom Tracker” tərəfindən "Twitter" hesabında bildirilib.
"328+ mətbuat azadlığına hücum hadisəsi, 54+ həbs. Jurnalistlərə 208 hücum, polis tərəfindən media qrumlarının ofislərinə 173 basqı”,- deyə açıqlamada vurğulanıb.