Xəzər Xəbər

ABŞ-da gərgin vəziyyət: 42 milyondan çox insan...

Dünya | 15:14 • 5 İyun 2020
ABŞ-da gərgin vəziyyət:

ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayı 42 milyonu keçib.

Rəsmi statistikaya görə, ötən həftə ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayı 1.9 milyon olub.

Beləliklə, müraciətlərin ümumi sayı 42 milyonu keçib.

Ştatlarda koronavirusun yayılması səbəbi ilə verilən məhdudlaşdırma qərarlarının yumşaldılması ilə işdən çıxarılan işçi sayında kəskin azalma olduğu bildirilib. Məlumata görə, aprel ayının əvvəllərində bir həftə ərzində 6,6 milyon insan işsizlik müavinəti üçün müraciət edib. İşsizlik müraciətlərinin 9 həftəyə çatan ən pik həddindən sonra düşdüyü deyilir.

Ölkədə işdən çıxarılan işçilərin sayı hələ də çoxdur. Bu say 2008-ci il böhranında həftədə 665 minə çatmışdı./Teleqraf.com

Xəbər lenti