Xəzər Xəbər

General Səhiyyə naziri oldu Gözlənilməz təyinat

Dünya | 11:56 • 5 İyun 2020
General Səhiyyə naziri oldu

Braziliya Prezidenti J. Bolsonar Səhiyyə naziri postuna bu dəfə general Eduardo Pazuellonu təyin edib.

COVİD-19 səbəbindən prezident qısa müddətə iki Səhiyyə nazirini istefaya göndərib.

Sonuncu Səhiyyə naziri Nelson Teic prezidentin ölkədəki iqtisadi fəaliyyətin sürətlə bərpası cəhdlərinə və virusa qarşı Klorkin dərmanından istifadə olunması israrlarına qarşı çıxdıqdan sonra mayın 15-də istefa edib.
Ondan əvvəlki Səhiyyə naziri Mandetta isə ölkədəki vali və bələdiyyə sədrlərinin sosial məsafə saxlamaq təşəbbüslərini dəstəkləməsi səbəbindən vəzifədən çıxarılıb.

Qeyd edək ki, son həftələr Braziliya ABŞ-dan sonra virusun yayılması və vəfat edənlərin sayına görə dünyada ikinci pilləyə qalxmışdı./teleqraf

Xəbər lenti