Xəzər Xəbər

Kremldən ABŞ-a çağırış: “Həbsxanalardakı rusiyalıları buraxın”

Dünya | 12:38 • 4 İyun 2020
Kremldən ABŞ-a çağırış:

Rusiyanın ABŞ-dakı səfirliyi ölkə hökumətinə müraciət edərək, koronavirusun yayılması təhlükəsi səbəbindən rusiyalılarıhəbsxanalardan azad etməyə çağırıb.

Bu barədə Rusiyanın ABŞ-dakı səfiri AnatoliAntonov"Facebook” səhifəsində yazıb.

A.Antonovun sözlərinə görə, ABŞ həbsxanalarında olan Rusiya vətəndaşlarının vəziyyəti narahatlıq doğurur: "Bu, xüsusiləciddi xəstəliklərdən əziyyət çəkənlərə aiddir".

Diplomat hazırda həbsxanada olan və tibbi yardımdan məhrum olan rusiyalı Konstantin Yaroşenko ilə bağlı vəziyyəti buna misal göstərib.

Səfir K.Yaroşenko və ABŞ həbsxanalarında olan digər rusiyalıların ən qısa müddətdə azad edilməsinin vacib olduğunu vurğulayıb:

"Qəti qərar verməyin vaxtı gəlib".

Xəbər lenti

Çox oxunanlar