Xəzər Xəbər

Son dörd ayda Ermənistanda 12 minə yaxın insan iş yerini itirib

Dünya | 16:15 • 3 İyun 2020
Son dörd ayda Ermənistanda 12 minə yaxın insan iş yerini itirib

Son dörd ayda Ermənistanda koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsiri nəticəsində 12 minə yaxın insan iş yerini itirib.


"Armenpress"in xəbərə görə, bu barədə Dövlət Gəlirləri Komitəsinin sədr müavini Artur Manukyan virtual mətbuat konfransında deyib.


"Dörd ay ərzində təxminən 12 minə yaxın insan işdən çıxarılıb”, - deyə o bildirib.

A. Manukyanın sözlərinə görə, karantin məhdudiyyətləri altında işçilərin çalışdığı halda əməkhaqlarının hesablanmadığı hallar da çox olub.

Qeyd edək ki, pandemiya ilə əlaqədar Ermənistanda martın 16-dan iyunun 13-dək fövqəladə vəziyyət elan edilib. Ermənistanda indiyədək 10 524 nəfərdə COVID-19 aşkarlanıb, 3454 nəfər sağalıb, 170 nəfər ölüb.

Xəbər lenti