Xəzər Xəbər

Macarıstan sərhədlərinin açılacağı tarix müəyyən edilib

Dünya | 16:09 • 3 İyun 2020
Macarıstan sərhədlərinin açılacağı tarix müəyyən edilib

Macarıstan sərhədlərin açılmasına hazırlaşır.


Bu barədə Macarıstanın Xarici İşlər Nazirliyinin başçısı Peter Siyyarto özünün "Facebook” səhifəsində birbaşa yayımda bəyan edib. Siyyartonun sözlərinə görə, o, sərhəd məhdudiyyətlərinin yumşaldılması məsələsini avstriyalı, çexiyalı və slovakiyalı həmkarları ilə müzakirə edib.


Nazir qeyd edib ki, bu ölkələr regionda bir-biri ilə çox sıx bağlıdır. Dörd ölkənin sərhədyanı bölgələrində dərin humanitar və fəal iqtisadi əlaqələr formalaşıb.


Xatırladaq ki, Avstriya regionda Macarıstanın əsas ticarət tərəfdaşıdır, Slovakiya isə bu baxımdan üçüncüdür.


Peter Siyyarto bəyan edib ki, dörd ölkə iyunun 15-ni öz ölkələrində məhdudiyyətlərin götürülməsinə başlanması tarixi kimi müəyyən ediblər. (AZƏRTAC)

Xəbər lenti