Xəzər Xəbər

ÜST-dən Trampa Sürpriz təklif

Dünya | 11:31 • 2 İyun 2020
ÜST-dən Trampa

Biz bunu yalnız mediadan eşitmişik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Trampla əməkdaşlığın davam etməsini istəyir.

Bunu ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus ABŞ prezidenti Doanld Trampın təşkilat ilə əlaqələrini başa vurması xəbərinə münasibət bildirərkən deyib.

Təşkilat direktoru Cenevrədə təşkil olunan video-konfrans zamanı bu mövzuya toxunub: "ABŞ hökuməti və ictimaiyyəti on illərdir qlobal sağlamlığa yüksək səviyyədə töhfə verib və bu, dünya miqyasında ictimai səhiyyədə çox böyük bir dəyişiklik yaradıb. ÜST əməkdaşlığın davam etməsini arzulayır", - deyə Qebreyesus qeyd edib.

Onun sözlərinə görə, dünya illərdir ABŞ hökumətinin və xalqının güclü və əməkdaşlığa meylli münasibətindən bəhrələnir.

Qeyd edək ki, mayın 29-da ABŞ prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələrini sona çatdırması ilə bağlı açıqlama vermişdi./Teleqraf.com

Xəbər lenti