Xəzər Xəbər

Komendant saatı tətbiq edildi: Saat 23:00-dan…

Dünya | 09:18 • 2 İyun 2020
Komendant saatı tətbiq edildi:
Nyu-York rəhbərliyi etiraz aksiyaları və iğtişaşlar səbəbilə bazar ertəsi axşamdan etibarən şəhər ərazisində komendant saatının tətbiqinə başlayacaq.

Bu barədə şəhərin meri Bill de Blazio "Twitter” səhifəsində bildirib.

"Nyu-yorklular, mən Nyu-York ştatının qubernatoru Endryu Kuomo ilə danışdım, təhlükəsizliyin təmin edilməsi məqsədilə bu gecədən Nyu-York şəhərində komendant saatının tətbiq edilməsinə qərar verdik. Komendant saatı 23:00-dan səhər saat 05:00-dək qüvvədə olacaq”, - deyə mer öz səhifəsində yazıb.

Qubernator Kuomo isə "Twitter” səhifəsində bildirib: "Nyu-York şəhərinin sakinləri, saat 23:00-dan sonra evlərinizi tərk etməməlisiniz”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti