Xəzər Xəbər

Angela Merkel G7 sammitinə getməyəcək

Dünya | 13:19 • 1 İyun 2020
Angela Merkel G7 sammitinə getməyəcək

Almaniyanın Federal kansleri Angela Merkel Vaşinqtonda keçiriləcək Böyük Yeddilər sammitinə dəvət edildiyi üçün Donald Trampa minnətdarlıq etsə də, pandemiya ilə bağlı yaranmış vəziyyətə görə, həmin tədbirdə iştirak edə bilməyəcək.

Bu barədə AFR-in mətbuat xidmətinin başçısı Şteffen Zaybertin rəsmi bəyanatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl Prezident Donald Tramp AFR, Böyük Britaniya, Fransa, Kanada, Yaponiya və İtaliya liderlərini Vaşinqtonda keçiriləcək G7 sammitində iştirak etməyə dəvət etmişdi./Azərtac

Xəbər lenti