İranda zəlzələ olub.
Ölkənin Fars əyalətinin Honc şəhərində 4,7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Tehran Universiteti Seysmologiya Mərkəzindən verilən açıqlamaya görə, zəlzələ yerli vaxtla 04:29-da, yerin 2 km dərinliyində qeydə alınıb.
Tələfat və ya fəsadla bağlı hər hansı məlumat yoxdur.