Xəzər Xəbər

Yunanıstan da turistlər üçün sərhədlərini açır

Dünya | 17:59 • 31 May 2020
Yunanıstan da turistlər üçün sərhədlərini açır

Yunanıstan iyunun 15-dən başlayaraq turistlər üçün sərhədlərini açacaq.


Ölkəyə yalnız 29 ölkədən gələn turistlər daxil ola bilər. Turistləri Afina və Saloniki beynəlxalq hava limanları qəbul edəcək. Beləliklə, iyunun 15-dən Albaniya, Avstraliya, Avstriya, Bolqarıstan, Çexiya, Çin, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Almaniya, Macarıstan, İsrail, Yaponiya, Latviya, Litva, Livan, Malta, Monteneqro, Yeni Zelandiya, Şimali Makedoniya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Cənubi Koreya, İsveçrə və Finlandiyadan gələn vətəndaşlar ölkəyə daxil ola bilər. Siyahının iyulun 1-dən genişlənməsi gözlənilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti