Xəzər Xəbər

Dünyada koronavirusdan ölənlərin sayı açıqlanıb

Dünya | 14:20 • 31 May 2020
 Dünyada koronavirusdan ölənlərin sayı açıqlanıb

Dünyada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 371 min nəfəri keçib.


Xezerxeber.az pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, Bakı vaxtı ilə bu gün saat 14:00-a olan məlumatına əsasən, dünya üzrə 6 milyon 176 min 278 yoluxma və 371 min 286 ölüm faktı qeydə alınıb, 2 milyon 745 min 11 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.


Dünya üzrə ən çox yoluxma halı ABŞ-da qeydə alınıb. Burada koronavirusa yoluxanların sayı 1 milyon 816 min 897 nəfərdir. Bu göstəriciyə görə ABŞ-ın ardınca böyük fərqlə Braziliya (499 min 966 nəfər), Rusiya (405 min 843 nəfər), İspaniya (286 min 308 nəfər), Böyük Britaniya (272 min 826 nəfər) və İtaliya (232 min 664 nəfər) gəlir.


ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 105 min 557 nəfər. Birləşmiş Krallıqda 38 min 376 nəfər, İtaliyada 33 min 340 nəfər, Braziliyada 28 min 849 nəfər, Fransada isə 28 min 771 nəfər koronavirus səbəbindən həyatını itirib. Ölənlərin sayına görə altıncı yerdə qərarlaşan İspaniyada bu göstərici 27 min 125 nəfər təşkil edir.


Saytda yerləşdirilən məlumata görə, dünya əhalisi arasında ölüm səviyyəsi hər milyon insana 47,6 nəfərdir. Bu göstərici İspaniyada 580 nəfərə, Böyük Britaniyada 566 nəfərə, İtaliyada 551 nəfərə, Fransada 441 nəfərə, ABŞ-da 319 nəfərə, Braziliyada 136 nəfərə, Peruda 133 nəfərə, Almaniyada 103 nəfərə, İranda 92 nəfərə, Türkiyədə isə 54 nəfərə çatır.

Xəbər lenti