Xəzər Xəbər

Ukraynada koronavirusdan ölənlərin sayı 700-ə çatıb

Dünya | 15:20 • 30 May 2020
Ukraynada koronavirusdan ölənlərin sayı 700-ə çatıb

Son sutkada Ukraynada 393 nəfər koronavirusa yoluxub, 17 nəfər isə ölüb, 377 xəstə tam müalicə olunaraq evə buraxılıb.


Bu ölkənin Səhiyyə Nazirliyinin xəbərinə görə, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 23 min 204 nəfərə çatıb. Bunlardan 1700-ü uşaq, 4475-i isə tibb işçisidir. Virusdan ölənlərin sayı 696 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 9311-i müalicə olunaraq evlərinə buraxılıb. Koronavirusla bağlı 348 mindən artıq test aparılıb.


Qeyd edək ki, ölkədə iyunun 22-dək karantin rejimi elan olunub. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.

Xəbər lenti