Xəzər Xəbər

Nigeriyada silahlı hücum: 60-dan çox ölü var

Dünya | 17:47 • 28 May 2020
Nigeriyada silahlı hücum: 60-dan çox ölü var

"Boko Haram" qruplaşması Nigeriyanın şimal-qərbindəki bir neçə kəndə hücum təşkil edib.

Hücum nəticəsində 60-dan çox dinc sakin öldürülüb.

Qeyd edək ki, "İslam dövlətinin Qərbi Afrika vilayəti" kimi tanınan radikal islamçı "Boko Haram" terror qruplaşması mütəmadi olaraq Niger, Nigeriya, Kamerun və Çada hücumlar təşkil edir.

Qruplaşma üzvləri Qərbin təhsil modelinə qarşı çıxır və şəriətin ölkə daxilində tətbiqinə təkan verirlər./Publika.az

Xəbər lenti