Xəzər Xəbər

Yüzlərlə polis böyük ƏMƏLİYYAT KEÇİRDİ Onlarla MƏMUR SAXLANILDI

Dünya | 17:30 • 28 May 2020
Yüzlərlə polis böyük ƏMƏLİYYAT KEÇİRDİ

İtaliyada "Ndrangeta” mafiyasına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Kalabriya vilayət prokurorluğunun keçirdiyi əməliyyatda 500 nəfərə yaxın polis əməkdaşı iştirak edib.

Əməliyyat zamanı onlarla şəxs saxlanılıb. Bundan başqa, mafiya ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 11 dövlət məmuru da istintaqa cəlb olunub.

Əməliyyat Kalabriya vilayəti ilə yanaşı, Siciliya, Kampaniya, Lombardiya və digər vilayətlərdə keçirilib./Trend

Xəbər lenti