Xəzər Xəbər

Koronavirusun adaptasiyası ilə bağlı şübhəli məqam

Dünya | 17:23 • 27 May 2020
Koronavirusun adaptasiyası ilə bağlı şübhəli məqam

Avstraliyadan olan alimlər koronavirusun insan orqanizminə ideal adaptasiyası barədə danışıb.

Bu barədə "Daily Mail” xəbər yayıb.

Flinders Universitetindən olan Nikolay Petrovski virusun məhz insan hüceyrələrinə uyğunlaşdığını deyərək,bu qədər qısa müddətdə dünyada 5 milyondan artıq insanın koronavirusa yoluxmasına səbəbin bu olduğunu deyib.

Tədqiqatçılar bir sıra canlı orqanizmlərin xəstəliyə qarşı müqavimətini təhlil ediblər.

Gözlənilmədən məlum olub ki, ehtimal olunduğu kimi infeksiyaya yoluxmağa yarasalar deyil, daha çox insanlar meyillidirlər.

Adətən, virusların inkişafı üçün zamana ehtiyac var. Koronavirus isə yoluxma üçün insana dərhal ideal şəkildə uyğunlaşıb. Bu, onun "süni” təbiəti ilə bağlı suallar doğurur./oxu.az

Xəbər lenti

Çox oxunanlar