Xəzər Xəbər

Bu dərmanın istifadəsi DAYANDIRILDI

Dünya | 17:10 • 27 May 2020
Bu dərmanın istifadəsi DAYANDIRILDI

Fransada yeni növ koronavirusun (COVID-19) müalicəsində istifadə olunan hidroksiklorokin adlı dərmanın istifadəsi dayandırılıb.

Ölkənin rəsmi qəzetində dərc olunan fərmanda COVID-19-un müalicəsində hidroksiklorokin istifadəsinə icazə verən əvvəlki qərarın ləğv edildiyi qeyd edilib.

Bu barədə qərarın ölkənin Ali Səhiyyə Şurasının tövsiyəsi ilə qəbul edildiyi bildirilir.

Xatırladaq ki, Fransada martın 27-dən etibarən xəstəxanalarda hidroksiklorokinin həkimlərin nəzarəti altında istifadəsinə icazə verililirdi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ümumi direktoru Tedros Adhanom Ghebreyesus isə mayın 25-də verdiyi açıqlamada, koronavirus xəstələrinin müalicəsində istifadə edilən hidroksiklorokin dərmanının sınağının insanların təhlükəsizliyindən narahat olduqları üçün müvəqqəti olaraq dayandırıldığını bildirib./publika.az

Xəbər lenti