Xəzər Xəbər

Türk Hava Yolları yeni qaydalarla işləyəcək QƏRAR

Dünya | 10:02 • 27 May 2020
Türk Hava Yolları yeni qaydalarla işləyəcək

İyun ayının 5-dən ölkədaxili uçuşları bərpa edən aviaşirkət koronavirus pandemiyası səbəbi ilə yeni qaydalar çərçivəsində çalışacaq.

Türkiyə mediası xəbər verir ki, bundan sonra sərnişinlər sıra nömrəsi ilə təyyarənin göyərtəsinə qalxacaqlar. Dəhlizlərdə sərnişinlər arasında heç bir ünsiyyət olmayacaq. Bu barədə THY-nın baş direktoru Bilal Eksi "Hürriyet” qəzetinə məlumat verib. Baş direktor bildirib ki, "İyunun 5-dən sərnişinlərin sağlamlığı üçün əl baqajlarına icazə verilməyəcək. Sərnişinlər yalnız əl cantası götürə bilərlər. Təbii ki, sərnişinlərin tibbi maska taxması əsas şərt olacaq. Üstəlik 4 saatdan bir dəyişdirmək üçün əlavə maskaların olması vacibdir”.

Xəbər lenti