Xəzər Xəbər

Dünyaya çağırış etdilər: tarixin ƏN BÖYÜK FƏLAKƏTİ olacaq

Dünya | 18:17 • 26 May 2020
Dünyaya çağırış etdilər:

Yəmən beynəlxalq topluma ciddi çağırış edib.

Hökumət Hudeydənin şimalındakı Ras İsa limanında lövbər salan "Safir” neft tankerinin bərpası üçün hərəkətə keçməyin vacibliyini dilə gətirib.

Yəmənin Kommunikasiya naziri Muəmmər əl-İryani tvitterdəki paylaşımında tankerin 1 milyon bareldən çox neft daşıdığını, yaranacaq hər hansı sızma və partlayış hadisəsi nəticəsində dünya tarixinin ən böyük ekoloji fəlakətinin meydana gələcəyini bildirib.

Tankerə aid 2 foto paylaşan nazir bu fotoların meydana gələn eroziyanı ortaya qoyduğunu qeyd edib.

Qeyd edək ki, sözügedən gəmi 5 ildir ki, Qırmızı dənizdə lövbər salıb./Publika.az

Xəbər lenti