Xəzər Xəbər

NATO Rusiyanın təklifini rədd etdi

Dünya | 16:52 • 26 May 2020
NATO Rusiyanın təklifini rədd etdi

Rusiya və NATO koronavirus pandemiyası dövründə hərbi təlimlərin keçirilməsindən imtina edilməsi barədə razılığa gələ bilməyiblər.

Bu barədə "Kommersant” nəşri yazıb.

Qəzetinyazdığına görə, sözügedən təşəbbüs çərçivəsində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov tərəfindən Brüsselə məktub göndərilib.

Rusiya tərəfi manevrlərin qarşılıqlı şəkildə rədd edilməsinin mənfi xəbərlər fonunda "konstruktiv, müsbət və müalicəvi addım” ola biləcəyini qeyd edib.

Müraciətdə həmçinin Moskvanın artıq NATO sərhədləri yaxınlığında birtərəfli qaydada aktivliyi azaltdığı bildirilib.

Cavab məktubunda Alyansın Baş katibi Yens Stoltenberq NATO-nun aktivliyinin müdafiə xarakteri daşıdığını və bunun güclənməsinin Rusiyanın Şərqi Avropadakı fəaliyyəti ilə bağlı olduğunu qeyd edib.

Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov Y.Stoltenberqin cavabının Rusiya tərəfini məyus etdiyini vurğulayıb.

Xəbər lenti