Xəzər Xəbər

Əfqanıstan yüzlərlə “Taliban” üzvünü azad etdi

Dünya | 16:38 • 26 May 2020
Əfqanıstan yüzlərlə “Taliban” üzvünü azad etdi

Əfqanıstanda "Taliban” hərəkatının 900 üzvü həbsdən azad edilib.

TASS xəbər verir ki, bununla bağlı Əfqanıstan Milli Təhlükəsizlik Xidmətinin rəsmi nümayəndəsi Cavad Feysal məlumat yayıb.

C.Feysal bildirib ki, qərar ölkə ərazisində atəşkəsə nail olmaq və münaqişə tərəflərinin sülh danışıqlarınıbərpa etmək məqsədilə verilib.

Xatırladaq ki, fevralın 29-da Qətərin paytaxtı Dohada ABŞ və "Taliban” arasında sülh sazişi imzalanıb. Sülh sazişində yer alan bəndlərdən biri dəƏfqanıstanda hakimiyyət uğrunda mübarizədə əsir düşən vətəndaşların azad edilməsi ilə bağlı idi.

Xəbər lenti