Xəzər Xəbər

Bir gündə rekord sayda insan koronavirusdan öldü

Dünya | 12:41 • 26 May 2020
Bir gündə rekord sayda insan koronavirusdan öldü

Braziliya COVID-19-dan ölüm hallarının sayına görə lider olub.

Bu barədə Johns Hopkins Universitetinin saytında məlumat yayılıb.

Ötən gün ərzində 807 ölkə sakini bu xəstəlikdən ölüb. Beləliklə, Braziliya gündəlik ölüm sayına görə dünyada birinci olub. Qeyd edək ki, bundan əvvəl ABŞ-da sözügedən virus 24 saat ərzində 620 nəfərin ölümünə səbəb olmuşdu. Ölüm sayına görə ABŞ-ı qabaqlayan Latın Amerikası Respublikasında ümumilikdə 23,4 min insan ölüb.

Son məlumatlara görə, Braziliya koronavirus infeksiyasının sayına görə ikinci yerdədir - 374,8 min nəfər virusa yoluxub, onlardan 153,8 min insan sağalıb.

Xəbər lenti