Xəzər Xəbər

Pandemiyanın İsveç üçün ağır nəticələri açıqlandı

Dünya | 12:14 • 26 May 2020
Pandemiyanın İsveç üçün ağır nəticələri açıqlandı

İsveçdə koronavirus pandemiyası fonunda ciddi iqtisadi problemlərin olacağı proqnozlaşdırılır. Maraqlıdır ki, ölkədə ciddi məhdudlaşdırıcı qaydalar tətbiq edilməyib.

Mağazalar, restoran və kafe, məktəblər (ibtidai siniflər üçün), uşaq bağçaları - bütün bunlar pandemiya ərzində fəaliyyət göstərib. Yeganə sərt qayda AB vətəndaşı olmayanların hamısı üçün giriş qadağasının olması idi.

"Bloomberg” İsveç statistika idarəsinə istinadən xəbər verir ki, belə yüngül məhdudiyyətlər olsa belə, aprel ayında işsizlik nisbəti 6,7% -dən 7,9% -ə düşüb. İqtisadçılar bildirib ki, müvəqqəti "tətil”ə göndərilən şirkətlər yaxın gələcəkdə işə qayıtmasalar, bu rəqəm iki dəfə çox ola bilər. Kütləvi ixtisarların qarşısı alınmasa, İsveçdə işsizlik səviyyəsi 17 faiz artacaq.

Ölkədə əmək qanunvericiliyinə düzəlişlərin müzakirə olunması isə əhalidə narazılğı artırıb. Dəyişikliklər işəgötürən şirkətlərə işçiləri əvvəlkindən daha asanlıqla işdən azad etmək hüququnu verə bilər. Dəyişiklikləri parlament qəbul edəcəyi təqdirdə müxalifətçilər İsveçin Baş naziri Stefan Leuveni hədələyəcəyini bildirib.

Bu amilləri nəzərə alaraq, 2020-ci ildə ölkənin ÜDM-i 4 faiz azalda bilər.

İsveç Avropada koronavirusun ən çox yoluxduğu ölkə deyil - bütün epidemiya zamanı demək olar ki, 34 min insan yoluxmuşdur.

ÜST ikinci koronavirus dalğasının mümkün olduğuna inanır. Lakin RAS mütəxəssisləri əmindir ki, əgər hadisələr bu ssenariyə əsasən inkişaf edərsə, belə bir vəziyyətin təkrarlanmayacaq./publika.az

Xəbər lenti