Xəzər Xəbər

Gürcüstanın səhiyyə naziri erməni həmkarından izahat tələb edəcək

Dünya | 20:05 • 25 May 2020
Gürcüstanın səhiyyə naziri erməni həmkarından izahat tələb edəcək

"Erməni həmkarımın Gürcüstanda koronavirusla bağlı vəziyyətə dair verdiyi açıqlamalar heç bir arqumentə əsaslanmır”.

Bunu Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze "Rustavi 2” telekanalının efirində deyib.

O bildirib ki, Ermənistanın səhiyyə naziri Arsen Torosyanla əlaqə saxlamağı planlaşdırır:

"Həmkarımın açıqlamalarının səbəblərini ətraflı aydınlaşdırmaq üçün onunla əlaqə saxlanılacaq. Əgər onun hər hansı sualları var idisə, bizimlə əlaqə saxlaya bilərdi və biz onun bütün suallarına cavab verərdik. Erməni həmkarımın bəyanatları üçün nəyin əsas olması barədə bəzi sual və şübhələr yaranır”.

Nazir qeyd edib ki, Gürcüstandakı koronavirusla bağlı vəziyyət şübhə doğurmur:

"Bunu yalnız göstəricilər deyil, ictimaiyyətin qiymətləndirmələri də təsdiqləyir”.

Qeyd edək ki, A.Torosyan bu yaxınlarda Gürcüstanda koronavirusla bağlı statistik göstəricilər və ölüm hallarının hesablanması metodologiyasının şəffaflığına şübhə ilə yanaşdığını bildirib./Report/

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti