Xəzər Xəbər

Suriya qoşunları Raqqada bir qrup terrorçunu məhv ediblər

Dünya | 09:41 • 25 May 2020
Suriya qoşunları Raqqada bir qrup terrorçunu məhv ediblər

Suriya ordusunun bölmələri Raqqa əyalətinin cənub-qərbində əməliyyat zamanı İŞİD terror təşkilatının bir qrup üzvünü məhv ediblər.


TASS-ın verdiyi məlumata görə, bu barədə "Al-Masdar" xəbər portalına əməliyyatda iştirak etmiş hərbçi deyib.


Onun sözlərinə görə, hökumət qüvvələri Salamiyyə şəhərinin ətrafını tamamilə terrorçulardan təmizləyiblər: "Dəstə üzvləri izlənilib məhv edildi, nəticədə Homsdan Raqqaya və Hamadan Deyr-əz-Zora gedən magistral yolda nəqliyyatın təhlükəsizliyini təmin etmək mümkün oldu"


Hərbçi əlavə edib ki, qoşunlar indi bu bölgədə yerləşən neft quyularının təhlükəsizliyini təmin etməlidirlər.

Xəbər lenti