Xəzər Xəbər

Türkiyədə ilk dəfə bayram namazı belə qılındı - FOTO

Dünya | 11:51 • 24 May 2020
Türkiyədə ilk dəfə bayram namazı belə qılındı -

Türkiyədə koronavirus epidemiyası səbəbindən bu il Ramazan bayramı günü ilk yaşanıb.


Bayram namazı sadəcə paytaxt Ankarada Ahmet Hamdi Akseki məscidində qılınıb. Türkiyənin Dini İşlər üzrə İdarəsinin sədri Əli Ərbaş bayram xütbəsini oxuyub.


Xezerxeber.az xəbər verir ki, məscidə toplaşan ziyarətçilər karantin qaydalarına əməl edərək tibbi maskada olublar. Bayram namazında Ankara valise Vasip Şahin də iştirak edib. Ankaradan fərqli olaraq, İstanbul məscidləri bu gün açılmayıb.


Qeyd edək ki, Türkiyədə məscidlər mayın 29-dan etibarən ibadətə açılacaq.

Xəbər lenti