Xəzər Xəbər

Ukrayna Ali Radasının deputatı şəxsi ofisində ölü tapılıb

Dünya | 10:41 • 24 May 2020
Ukrayna Ali Radasının deputatı şəxsi ofisində ölü tapılıb

Ukrayna Ali Radasının deputatı Valeri Davıdenko şəxsi ofisində ölü tapılıb.


Ukrayna Daxili İşlər nazirinin müavini Anton Qeraşenko deputatın ofisinin tualetində başından güllələnmiş halda tapıldığını bildirib.


İstifadə olunan tapança deputatın yanında olub.


"Bütün versiyalar üzərində işləyirik. Deputatın özünəqəsd etməsi və ya öldürülməsi üzərində tədqiqat aparılır”, - deyə A. Qeraşenko əlavə edib.

Xəbər lenti