Xəzər Xəbər

Ermənistan Gürcüstandan üzr istəyib

Dünya | 10:32 • 24 May 2020
Ermənistan Gürcüstandan üzr istəyib

Ermənistan Səhiyyə Nazirliyi Gürcüstan səhiyyə sisteminin tənqid edildiyinə görə diplomatik kanallar vasitəsilə rəsmi Tbilisidən üzr istəyib.


Xezerxeber.az RİA Novosti-yə istinadən xəbər verir ki, Ermənistanın Səhiyyə naziri Arsen Torosyan ötən gün mətbuatda Gürcüstan səhiyyəsi ilə bağlı aşağılayıcı fikirlər səsləndirmişdi.


A.Torosyan Gürcüstanda COVID-19-a qarşı mübarizədə zəif anti-epidemioloji sistemin və səhiyyə xidmətinin olduğunu demişdi.

Xəbər lenti