Xəzər Xəbər

Hitlerə məxsus olduğu iddia edilən timsah ölüb

Dünya | 10:07 • 24 May 2020
Hitlerə məxsus olduğu iddia edilən timsah ölüb

Moskva zooparkında Hitlerə məxsus olduğu iddia edilən Saturn adlı Missipi timsahı ölüb.


Bu barədə Moskva zooparkının "Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.


Saturn 84 yaşında ölüb. Adətən, timsahlar 30-50 il yaşayır. Bu baxımdan Saturn timsahlar arasında ən uzunömürlü timsah da sayıla bilər.


Qeyd edək ki, Saturn 1936-cı ildə ABŞ-da anadan olub, daha sonra isə Berlin zooparkına aparılıb. Timsah 1943-cü ildə Berlin bombalanarkən zooparkdan qaçıb. Britaniyalılar 3 il sonra onu tapıb və SSRİ-yə təhvil verib. Əfsanələşmiş timsah o vaxtdan indiyə qədər Moskva zooparkında məskunlaşıb.


Saturnun Hitlerin şəxsi kolleksiyasına daxil olduğu iddia edilib. (APA)

Xəbər lenti