Xəzər Xəbər

Dünyada son 24 saatda 110 mindən çox insan koronavirusa yoluxub

Dünya | 09:26 • 24 May 2020
Dünyada son 24 saatda 110 mindən çox insan koronavirusa yoluxub

Dünyada koronavirusa yoluxanların sayı son bir gündə 110 min artaraq 5 103 006, ölənlərin sayı isə 5 663 artaraq 333 401 nəfər olub.


Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şənbə günü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.


Bildirilib ki, Şimali və Cənubi Amerika yoluxanların sayına görə birinci yerdədir - 2282488. Burada ölənlərin sayı 135 184-ə çatıb.


Üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur - 402 919 yoluxma aşkarlanıb, 10 806 ölüm hadisəsi qeydə alınıb.


Ölkələr arasında ən çox yoluxma ABŞ-da qeydə alınıb - 1547973 nəfər. Sonrakı yerləri Rusiya (335 882), Braziliya (310 087), Böyük Britaniya (254 199), İspaniya (234 824), İtaliya (228 658), Almaniya (177 850), Türkiyə (154 500), Fransa (141 949) və İran (131,652) tutur.

Xəbər lenti