Xəzər Xəbər

Rusiya Səhiyyə Nazirliyi koronavirusun müalicəsi üçün dərman siyahısını genişləndirib

Dünya | 16:38 • 9 Aprel 2020
Rusiya Səhiyyə Nazirliyi koronavirusun müalicəsi üçün dərman siyahısını genişləndirib

Rusiya Səhiyyə Nazirliyi yeni növ koronavirusun müalicəsi üçün mümkün dərman siyahısını yeniləyib.

Bu barədə məlumat Səhiyyə Nazirliyinin saytında yerləşdirilib.

Yeni növ koronavirusa yoluxmuş böyüklərin xəstəlikdən müalicə üçün dərman siyahısı altıdan doqquza artırılıb.

Nazirliyinin tövsiyəsinə görə, koronavirus infeksiyasının müalicəsində hidroksixloroxin, xloroxin, mefloxin, azitromitsin, nadroparin kalsium, totsilizumab, lopinavir plyus ritonavir, rekombinantnıy interferon alva və rekombinantnıy interferon beta-1b preparatlarından istifadə oluna bilər.

O da qeyd olunub ki, daha üç preparatın - umifenovir, remdesivir, favipiravirin koronavirusa yoluxmuş xəstələr üzərində klinik tədqiqatı aparılır. (APA)

Xəbər lenti