Xəzər Xəbər

Moskvada ahıllar üçün pansionatda yanğın nəticəsində 4 nəfər ölüb

Dünya | 11:40 • 9 Aprel 2020
Moskvada ahıllar üçün pansionatda yanğın nəticəsində 4 nəfər ölüb

Moskvada ahıllar üçün pansionatda yanğın nəticəsində 4 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Hadisə gecə saatlarında baş verib. Moskvada yerləşən ahıllar üçün pansionatın birinci mərtəbəsində yanğın nəticəsində binaya tüstü yayılıb. Yanğın zamanı pansionatda 53 nəfər, o cümlədən 48 sakin və 5 əməkdaş olub. Hadisənin dizel yanacağı ilə işləyən qazanxanada nasazlıq üzündən baş verdiyi ehtimal edilir.

Xəbər lenti