ABŞ dünya bazarının digər iştirakçıları ilə razılaşdırılmış neft hasilatının azaldılmasına yol verməyəcək.
Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə Amerika Prezidenti Donald Tramp deyib.
"Düşünmürəm...Qulaq asın, biz artıq azaltmışıq,biz bazara istiqamətlənmişik. Onlar (ABŞistehsalçıları –Red.) avtomatik olaraqartıqistehsal həcmlərini azaldıblar”, -deyə amerikalı lider OPEC+ formatında qarşıdakı məsləhətləşmələrlə əlaqədar ABŞ-ın başqaları ilə razılaşdırılmış neft hasilatının azaldılmasında iştirak etməyə hazır olub-olmaması ilə bağlı sualın cavabında bildirib.