Xəzər Xəbər

Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri keçib

Dünya | 09:01 • 9 Aprel 2020
 Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri keçib

Son sutka ərzində dünyada koronavirus infeksiyasına 84mindən çoxinsan yoluxub, təxminən 6,4 min nəfər də bu virusun qurbanı olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat bölgələrdə və ölkələrdə virusa yoluxma və ölüm hallarını dəyərləndirən "Worldometer” saytında yer alıb.

Son statistikaya görə, dünyada1 517 960nəfər yeni növ koronavirusa yoluxub,88 457nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində84 384insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə6414nəfər artıb.

COVID-19 infeksiyasına ən çox yoluxma halları ABŞ-dadır –434 927nəfər.Onun ardıncaİspaniya (148 220),İtaliya (139 422),Almaniya(113 296), Fransa (112 950)vəÇin (81 865) gəlir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aprelin 8-də Bakı vaxtı ilə saat 12:00-da yaydığı son açıqlamasına görə, ən çox yoluxma və ölüm halları yenə də Avropa regionunda qeydə alınıb –720 219 yoluxma və57 369ölüm. Sutka ərzində burada yoluxanların sayı33 881, ölənlərin sayı isə4904nəfər artıb.

Şimali və Cənubi Amerikada ümumilikdə417 416nəfər koronavirusa yoluxub,12 597nəfər ölüb.

Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit okean bölgəsi tutur. 6 aprel tarixinə olan məlumata görə, burada 114 667 yoluxma, 3922 ölüm faktı qeydə alınıb.

Xəbər lenti