Xəzər Xəbər

Koronavirusun ilk dəfə meydana çıxdığı şəhərdə karantin bitdi

Dünya | 12:18 • 8 Aprel 2020
Koronavirusun ilk dəfə meydana çıxdığı şəhərdə karantin bitdi

Çinin Uhan şəhərində koronavirusa görə tətbiq edilən karantin rejimi başa çatib.

"The Global Times” xəbər verir ki, adı bütün dünyada məşhurlaşmış bu şəhərdə 76 günlük karantin müddəti bitib.

11 milyon əhalisi olan Uhanda insanlar artıqevlərindən icazə almadan çıxa biləcəklər. Lakin məktəblərin hələ açılmayacağı və bununla bağlı qərarın sonra veriləcəyi bildirilib.

Çinin Milli Səhiyyə Komissiyası ölkənin böyük hissəsində koronavirusun yayılmasının nəzarətə alındığını açıqlayıb.

Xəbər lenti