Xəzər Xəbər

Çində koronavirusa yoluxanların sayında yenə artım var

Dünya | 11:46 • 8 Aprel 2020
Çində koronavirusa yoluxanların sayında yenə artım var

Çində koronavirusa yoluxanların sayı əvvəlki günə nisbətən iki dəfə artıb.

"Reuters” agentliyi bu barədə ölkənin Milli Səhiyyə Komissiyasına istinadən xəbər verir.

Bildirilir ki, son 24 saat ərzində virusa 62 yeni yoluxma halı qeydə alınıb.

Bir gün əvvəl bu rəqəm 32 olub.

Koronavirusayoluxanların sayına xarici ölkələrdən gələn vətəndaşlar təsir edir. Ən çox yoluxma faktı59 nəfər olmaqla, bu kateqoriyadanolan şəxslərdə aşkar edilib.

Ümumilikdə, Çində hazırda 1190 nəfər koronavirusa yoluxmuş insan var.

Xəbər lenti