Xəzər Xəbər

Çinə və Rusiyaya müqavimət göstərmək üçün Pentaqona 20 milyard dollar tələb olunur

Dünya | 09:17 • 8 Aprel 2020
Çinə və Rusiyaya müqavimət göstərmək üçün Pentaqona 20 milyard dollar tələb olunur

ABŞ hərbçiləri ölkənin parlamentinə onlara əlavə olaraq 20 milyard dollar ayrılması barədə müraciət edib.

"MIG News” xəbər verir ki, bu pullar Pentaqona Hind-Sakit okeanı bölgəsində Rusiya və Çinə müqavimət göstərmək üçün lazımdır.

Hərbçilər qeyd edir ki, əks təqdirdə həmin ölkələr ABŞ-ın maraqlarına zidd olan hərəkətlər həyata keçirəcək.

Həmin məbləği Pentaqon raketəleyhinə sistemlərin genişləndirilməsi istiqamətində xərcləyəcək.

Xəbər lenti