Xəzər Xəbər

“Twitter”in təsisçisi koronavirusla mübarizəyə bir milyard dollar vəsait ayırdı

Dünya | 10:13 • 8 Aprel 2020
“Twitter”in təsisçisi koronavirusla mübarizəyə bir milyard dollar vəsait ayırdı

Çərşənbə axşamı "Twitter”in təsisçisi Cek Dorsi koronavirusla mübarizəyə bir milyard dollar vəsait ayırdığını bildirib.

"RİA Novosti” xəbər verir ki, onun sözlərinə görə, pandemiya səngiyəndən sonra xeyriyyə işləri təhsilə yönələcək.

"Mən koronavirusla mübarizəyə "Square” şirkətinin bir milyard dollarlıq aksiyalarını ayırıram. Bu mənim var-dövlətimin 28%-ni təşkil edir”, - deyə Dorsi vurğulayıb.

Xəbər lenti