Xəzər Xəbər

İspaniyada ölüm sayında yenə artım var

Dünya | 17:12 • 7 Aprel 2020
İspaniyada ölüm sayında yenə artım var

İspaniyada koronavirus epidemiyası ilə əlaqədar son 24 saatda 743 nəfər ölüb. Beləliklə, ölənlərin sayı 13 798 nəfərə yüksəlib.

Qeyd edək ki, pandemiyadan ən çox zərər görən ölkələr arasında yer alan İspaniyada dünən COVID-19-dan son günlər ərzində ən az sayda ölüm hadisəsi (637) qeydə alınmışdı.

İspaniyada, ümumilikdə, 140 510 nəfər koronavirusa yoluxub. Onlardan 43 208 nəfəri sağalıb.

Xəbər lenti