Xəzər Xəbər

Qonşu ölkədə koronavirusdan sağalanlar üzərində sınaqlara başlanacaq

Dünya | 17:07 • 7 Aprel 2020
Qonşu ölkədə koronavirusdan sağalanlar üzərində sınaqlara başlanacaq

Rusiyalı alimlər koronavirusdan sağalan insanlar üzərində sınaqlara başlayacaq.

Bu barədə RBK xəbər verib.

"Genetico” Genetika və Reproduktiv Tibb Mərkəzi iləV.A.Engelqardt adına Molekulyar Biologiya İnstitutu COVID-19-a yoluxduqdan sonra (o cümlədən, simptomsuz olaraq) sağalan insanları müəyyən etməyə imkan verən test hazırlayıb.

Beləliklə, aktiv həyata qayıda bilmələri üçün koronavirusdan immuniteti olan vətəndaşları təyin etmək mümkün olacaq.

Hazırda testin prototipi hazırlanıb.Mütəxəssislər testin həssaslığını və spesifikliyini sınayırlar.

Bildirilir ki, saxta müsbət və saxta mənfi nəticələrin təyin edilməsi məqsədiləxəstələnib sağalan bir neçə könüllüyə, həmçinin infeksiyası olmayan vətəndaşlara ehtiyac duyulacaq.

Qeydiyyat üçün sənədlərin bir aydan sonra hazır olacağı planlaşdırılır.

Xəbər lenti