Xəzər Xəbər

Koronavirusa qalib gələn İLK ÖLKƏ Səhiyyə naziri necə bacardıqlarını açıqladı

Dünya | 15:39 • 7 Aprel 2020
Koronavirusa qalib gələn İLK ÖLKƏ

Bütün dünyaya yayılan koronavirusa qarşı Avropada zəfər elan edən ilk ölkə Norveç olub.

Ölkənin Səhiyyə Nazirliyi pandemiyanın nəzarət altına alındığını açıqlayıb.

Səhiyyə naziri Bent Hoye təşkil etdiyi mətbuat konfransında Kovid-19-a qarşı görülən tədbirlərdən əvvəl 1 nəfərin 2,5 nəfərə virus yoluxdurduğunu, ötən ay tədbirlərin açıqlanmasından sonra isə bu rəqəmin 0,7-yə endiyini bildirib.

Gündəlik statistik məlumatlara görə, Norveçdə koronavirusa yoluxma faktlarının olmadığını deyən nazir ölkədə 111 min 299 nəfərin testə cəlb olunduğunu xatırladıb. Bu da Skandinaviya ölkələri arasında ən yüksək göstəricidir.

Son rəqəmlərə görə, 5 milyon 386 min nəfərin yaşadığı Norveçdə 59 nəfər koronavirusdan dünyasını dəyişib. 5 min 755 şəxsdə virus aşkarlanıb./publika.az

Xəbər lenti