Xəzər Xəbər

İranda vəziyyət pisləşdi - Ölənlərin sayı kəskin artır

Dünya | 15:31 • 7 Aprel 2020
İranda vəziyyət pisləşdi - Ölənlərin sayı kəskin artır

İranda daha 133 nəfər koronavirusdan ölüb.

Bununla da ölkədə koronavirus qurbanlarının sayı 3 min 872nəfərə çatıb.

Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib ki, son sutka ərzində 2 min 89nəfərdə infeksiya aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 62 min 589 nəfər olub.

27 min 39 nəfər sağalaraq evə buraxılıb.

Son rəqəmlərə görə, dünyada koronavirus infeksiyasına yoluxanların sayı1 milyon 352 mini ötüb. Onlardan 287 min 699 nəfəri sağalıb, 75 min 300-ü isə ölüb./publika.az

Xəbər lenti