Xəzər Xəbər

Tramp imzaladı 2024-cü ilə qədər...

Dünya | 14:44 • 7 Aprel 2020
Tramp imzaladı

ABŞ Prezidenti Donald Tramp kosmik qaynaqlardan istifadəyə icazə verən fərman imzalayıb.

Fərman kosmosdakı su və mədən qaynaqlarının özəl şirkətlər, eləcə də fiziki şəxslər tərəfindən istifadəsini ehtiva edir.

"Kosmik Qaynaqların Çıxarılması və İstifadəsinə Dair Beynəlxalq Dəstəyi Təşviq” adlı sənəd Ay, digər səma cisimlərindəki su, mədənlərdə fərdi sərmayə və araşdırmaları dəstəkləmək məqsədilə hazırlanıb.

Fərmanda bu istiqamətdəki istifadənin "Xarici Kosmik Razılaşma” adı verilən, 1967-ci il tarixli "Ay və Digər Səma Cisimləri daxil olmaqla, Kosmosun Kəşfi və İstifadəsində Dövlətlərin Fəaliyyətlərini İdarə edən Qanunlar Haqqında Anlaşma”ya uyğun olduğu bildirilib.

Qeyd edək ki, ABŞ Aeronavtika və Kosmos İdarəsi (NASA) "Artemis” layihəsi çərçivəsində 2024-cü ilə qədər Aya insanlı səfərlər təşkil etməyi planlaşdırır. 2028-ci ilə qədər planlaşdırılan səfərlərdən sonra Ay orbitində kosmik stansiyanın qurulması və buradan keçid kimi istifadə etməklə Marsa insanın da olduğu səfərlər təşkil edilməsi hədəflənir./publika.az

Xəbər lenti