Xəzər Xəbər

İngiltərədə koronavirus səbəbindən 5G qüllələri yandırılır

Dünya | 08:51 • 7 Aprel 2020
İngiltərədə koronavirus səbəbindən 5G qüllələri yandırılır

Böyük Britaniyada insanlar 5G qüllələrini yandırmağa başlayıb.

"BBC” xəbər verir ki, onların fikrincə həmin qurğular koronavirus infeksiyasını yayır.

Ötən həftə ərzində Birmingem, Liverpul və Mellinqdə ən azı 50 qülləyə od vurulub.

Konspiroloqlar hesab edir ki, 5G rabitəsi insanların sağlamlığına təsir edir və koronavirusun sürətli yayılması ilə birbaşa bağlıdır.

Xəbər lenti