Xəzər Xəbər

İranda koronavirusla mübarizə aparan 10 həkim həyatını itirib

Dünya | 13:55 • 6 Aprel 2020
İranda koronavirusla mübarizə aparan 10 həkim həyatını itirib

Uzun və ağrılı mübarizədən sonra İran səhiyyəsi koronavirusun yayılmasını zəiflədərək, nəzarət altına ala bilib.

Bu sözləri İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur deyib. O qeyd edib ki, əhali karantin şərtlərinə ciddi əməl etsə yoluxma və ölün halları azalaraq epidemiya aradan qalxacaq. Əks təqdirdə gələn həftədən başlayaraq virus yenidən aktivləşəcək və yoluxma halları artacaq.

K. Cahanpur bildirib ki, İranda 300 tibb işçisi virusa yoluxub, onlardan 10 nəfəri həyatını itirib. İran səhiyyəsində 5 min həkim, 30 min tibb işçisi çalışır. Həkimlərin qəbulunda həddən artıq çox adamın olması həkim çatışmazlığı ilə əlaqədardır.

K. Cahanpur nəzərə çatdırıb ki, koronavirusun yayılmağa başladığı ilk gündən Çin düzgün məlumatlar vermədi, ölən və yoluxanlar barədə statistik rəqəmlər gizlədildi, bu da insanların virusa ciddi yanaşmadığına səbəb oldu. Lakin cəmi 2 həftədən sonra virusun nə qədər təhlükəli olduğu bilindi.

Bununla yanaşı Xarici İşlər Nazirliyini rəsmi nümayəndəsi Abbas Müsəvi göstərdiyi yardımlara görə Çinə İran hökuməti adından təşəkkür bildirib. Çin İrana 10 milyon tibbi maska, 350 süni nəfəs cihazı və digər tibbi preparatlar göndərib. (AZƏRTAC)

Xəbər lenti