Xəzər Xəbər

Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı 188 nəfər oldu

Dünya | 13:55 • 6 Aprel 2020
Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı 188 nəfər oldu

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi stopcov.ge saytında məlumat verilib.

Bildirilir ki, ölkədəki 188 şəxs COVID-19 infeksiyasına yoluxub. Onlardan 36-sı sağalıb, 2-si isə həyatını itirib.

Hazırda 5056 nəfər karantində, 386 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Xəbər lenti