Xəzər Xəbər

Belarusda 502 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

Dünya | 09:43 • 6 Aprel 2020
Belarusda 502 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

Belarusda koronavirusdan ölənlərin sayı 8-ə çatıb.

Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 502 nəfərdir. Onlardan 52 nəfər sağalaraq evə buraxılıb.

Məlumata görə, koronavirusdan ölənlərdə xroniki xəstəliklər mövcud olub.

Qeyd edək ki, bir neçə gün öncə Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə koronavirusun pik həddə olduğu barədə açıqlama verib.

Xəbər lenti