Xəzər Xəbər

Boris Conson xəstəxanaya yerləşdirilib

Dünya | 08:43 • 6 Aprel 2020
Boris Conson xəstəxanaya yerləşdirilib

Böyük Britaniyanın Baş naziri Boris Conson xəstəxanaya yerləşdirilib.

Xezerxeber.az xəbər verir ki, Baş nazirin koronavirus testinin nəticələri müsbət olduqdan sonrakı günlərdə temperaturunun aşağı düşməməsi səbəbindən həkiminin məsləhəti ilə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Boris Consonun gecəni xəstəxanada keçirəcəyi gözlənilir.

Qeyd edək ki, son günlər Boris Conson nazirlərlə konfransları onlayn formada keçirib.

Xatırladaq ki, martın 27-də Boris Consonun koronavirus testinin nəticəsinin müsbət çıxdığı açıqlanıb.

Xəbər lenti