Xəzər Xəbər

Kiyev şəhər büdcəsi koronavirusa görə ayda 58 milyon dollar itirir

Dünya | 08:57 • 6 Aprel 2020
Kiyev şəhər büdcəsi koronavirusa görə ayda 58 milyon dollar itirir

Kiyev şəhər büdcəsi koronavirusa görə ayda təxminən 1,6 milyard qrivna (58 milyon dollar) itirir.

Bu barədə Kiyev şəhər meri Vitali Kliçko "Azadlıq” radiosuna müsahibəsində bildirib.

Merin sözlərinə görə, koronavirusun yayılması ilə əlaqədar bütün şəhərlərdə olduğu kimi, Kiyevdə də iqtisadiyyat ciddi ziyan dəyir. Bu rəqəm hələ son hədd deyil.

Qeyd edək ki, Kiyevdə artıq 245 nəfər koronavirusa yoluxub.

Xəbər lenti